Fransa rəqəmsal vergi tətbiq etməyə başlayır

11 İyul 2019

Fransanın onlayn platformalarda fəaliyyət göstərən şirkətlərə qarşı 3%-lik vergi qərarı ABŞ ilə siyasi risklərə səbəb ola bilər.

Fransa rəqəmsal vergi tətbiq etməyə başlayır

Fransada Senat milli rəqəmsal vergilərin tətbiqini təsdiqləyib. Palata cümə axşamı Parisdə qanun layihəsi üçün səsvermə keçirib. Vergilər beynəlxalq internet təşkilatları - "Google", "Amazon" , "Facebook" und "Apple" üçün nəzərdə tutulub. Qanuna əsasən, şirkətlər, xüsusilə onlayn reklam gəlirlərinə görə 3% vergi ödəməlidirlər. 


Bu zaman dünya üzrə rəqəmsal fəaliyyətləri ilə təqribən 750 milyon avro (Fransada 25 milyon avro) illik gəlir əldə edən şirkətlər qanuna cəlb ediləcəkdir. 


Qeyd etmək lazımdır ki, ABŞ höküməti də mümkün qarşı tədbirlərlə bağlı xəbərdarlıq edib. Bununla bağlı isə prezident Donald Tramp vergilərin ABŞ iqtisadiyyatına təsirinə dair araşdırma aparmağı tapşırıb. Araşdırmaların yekun qərarından asılı olaraq, bu, Fransaya qarşı tədbir alınması ilə nəticələnə bilər. 


Vaşinqton Fransanın addımını ABŞ-ın  transmilli şirkətlərinə qarşı diskriminasiya kimi qiymətləndirir və bundan Amerikanın zərər görməsindən narahatdır.