Fransada deflyasiya riskləri yaranır

12 Dekabr 2019

Fransada inflyasiya artım proqnozlarının əksinə azalıb.

Fransada deflyasiya riskləri yaranır

Fransanın statistika idarəsinin cümə axşamı açıqladığı rəsmi məlumatlara əsasən, istehlak qiymətləri indeksi noyabrda aylıq müqayisədə 0.1% azalıb. Mütəxəssislər isə aylıq göstəricidə 0.1%-lik artım proqnozlaşdırırdılar. 

Qeyd etmək lazımdır ki, istehlak qiymətləri indeksində aylıq dinamikanın düşməsi gələcək aylarda illik göstəriciyə də mənfi təsir edir. Lakin bu gün illik göstərici 1.0%-ə yüksəldiyi açıqlanıb.