Fransada istehlak xərcləri azalıb

20 Dekabr 2019

Fransada istehlak xərclərində artım dinamikası proqnozlar ilə yanaşı, keçən aydan da zəif açıqlanıb.

Fransada istehlak xərcləri azalıb

Fransanın statistika idarəsinin açıqladığı rəsmi məlumatlara əsasən, istehlak xərcləri noyabr ayında oktyabr ilə müqayisədə 0.1% artıb. Bu göstərici oktyabrda 0.2% dərc edildikdən sonra mütəxəssislər 0.3%-ə kimi artım proqnozlaşdırırdılar. 

Qeyd etmək lazımdır ki, istehlak xərclərində azalma inflyasiyaya da mənfi təsir edir.