Fransada məşğulların artım dinamikası zəif olaraq qalır

10 Dekabr 2019

Fransanın əmək bazarında məşğulların artım dinamikası üçüncü rübdə proqnozları doğrultmayıb.

Fransada məşğulların artım dinamikası zəif olaraq qalır

Fransanın statistika idarəsinin çərşənbə axşamı açıqladığı rəsmi məlumatlara əsasən, qeyri-kənd təsərrüffatı sahələrində məşğul olanların sayı üçüncü rübdə 0.2% artıb. Bu göstərici birinci rübdə 0.4, ikinci rübdə isə 0.2% olmuşdur və göstəricinin yenidən 0.3%-ə yüksələcəyi proqnozlaşdırılırdı. 

Qeyd etmək lazımdır ki, məşğulların sayında artım dinamikası ilə bağlı statistik məlumatlar inflyasiyanın gələcəyinə dair gözləntilərin formalaşması üçün önəmli hesab edilir.