Fransalı nazir Avropa böhranı fonunda xəbərdarlıq edib

04 İyun 2019

Fransanın iqtisadiyyat naziri Bruno Le Mer Avropa iqtisadi gücünün rəqabətdə geri qaldığının və bunun risklər yaratdığını deyib.

Fransalı nazir Avropa böhranı fonunda xəbərdarlıq edib

Fransanın iqtisadiyyat naziri Bruno Le Mer Avropanı ABŞ və Çin fonunda iqtisadi rəqabətdə geri qaldığını bildirib. Çərşənbə axşamı Berlində baş tutan Almaniya sənayesinə həsr olunmuş tədbirdə Le Mer Avropanın böhranla qarşı qarşıya qaldığını deyib: "Biz bununla razılaşmayacağıq. Avropa aparıcı dünya iqtisadi gücə sahib ola bilər. Lakin bunu Almaniya və Fransa birgə iş ilə bacara biləcəklər, güclər birləşdirilməlidir". 


Fransa tərəfi öz növbəsində Almaniyanı daha çox investisiya etməyə çağırıb. Le Mer Almaniyanın maliyyə naziri Olaf Şolçun borcsuz büdcə - "qara sıfır" siyasətini dəstəklədiyini, lakin bunun doqma olmadığını vurğulayıb. Şolç iqtisadi gərgin dövrlərdə yeni borclar cəlb etməməyin önəmliyini təkrarən bildirib.