Fransanın istehlak bazarından məyus edici göstəricilər

29 May 2020

Fransada istehlak xərcləri azalmaqla, istehsal qiymətlərinin düşməsi və beləliklə, illik inflyasiyanın da azalması müşahidə edilir.

Fransanın istehlak bazarından məyus edici göstəricilər

Fransanın statistika idarəsinin cümə yayımladığı rəsmi məlumatlara əsasən, aprel ayında istehlak xərclərində aylıq azalma dinamikası 20.2%-ə, istehsal qiymətləri indeksində aylıq azalma dinamikası 2.9%-ə yüksəlib, istehlak qiymətləri indeksində isə aylıq dinamikada dəyişiklik müşahidə edilməsə də illik dinamika 0.2%-ə düşüb. 

İqtisadçılar istehlak xərclərində aylıq azalma dinamikasının 17%-dən 15%-ə düşəcəyini proqnozlaşdırırdılar. 

Qeyd etmək lazımdır ki, göstəricilərin proqnozlaşdırılandan daha pis açıqlanması, gələcək aylar üzrə bədbin gözləntilərin daha da artmasına səbəb olur.