Fundamental xəbərlər fonunda GBPUSD

19 İyun 2019

Ötən gün GBP/USD cütlüyünün qiymətlərində korrektiv artımların şahidi olduq.

Fundamental xəbərlər fonunda GBPUSD

Belə ki, qiymətlər 1.2564 səviyyəsinə qədər bahalaşdı. Bu gün Bakı vaxtı ilə 12.30-da Böyük Britaniyadan infilyasiya göstəricisinin dərc olunması gözlənilir. Xəbərin açıqlanmasından sonra bazarda aktivlik arta bilər. Mühüm texniki səviyyələrin keçilməsi isə bazar hərəkətliliyini bir qədər də artıra bilər. Axşam saatladında FED toplantısı da bu cütlüyün hərəkətinə təsir edəcəyi proqnozlaşdırılır. Toplantı Bakı vaxtı ilə 22.30-da baş tutacağı gözlənilir.


Qiymətlər yenidən 1.2601 səviyyələrinin üzərinə qalxa bilsə, o zaman artımlar 1.2643 səviyyələrinə qədər davam edə bilər.


Eniş istiqamətinda hərəkət sürətlənsə və qiymətlər 1.2505 səviyyəsinin altında qalsa, 1.2475 növbəti hədəf olacağı proqnozlaşdırılır.