Funt 1.2813$-a kimi bahalaşa bilər

24 İyun 2019

Dollara nisbətən bahalaşan valyutalar arasında funt sterlinq də treyderlərin diqqət mərkəzindədir.

Funt 1.2813$-a kimi bahalaşa bilər

GBP/USD maliyyə cütlüyü  bahalaşmaqdadır və 1.2813$-a kimi bahalaşa bilər. Cümə günü saat 12:30-da yayımlanacaq İngiltərənin iqtisadi inkişafı ilə bağlı önəmli statistik göstəricilər də böyük maraqla gözlənilir.


Böyük Britaniyada baş nazir vəzifəsinə seçiləcək namizəd fonunda qeyri-müəyyənliklər və Avropa birliyindən sazişsiz ayrılma ehtimalları funta təzyiq edən əsas amillər arasındadır.