Funt 1.2420$-a kimi bahalaşa bilər

11 Sentyabr 2019

Maliyyə bazarlarında keçən həftə GBP/USD məzənnəsi yenidən ucuzlaşaraq 1.2240$ səviyyələrini görüb.

Funt 1.2420$-a kimi bahalaşa bilər

Maliyyə bazarlarında keçən həftə GBP/USD məzənnəsi 4 sent bahalaşaraq 1.2345$-a kimi bahalaşdıqdan sonra bu həftə yenidən ucuzlaşaraq 1.2240$ səviyyələrini görüb. Hazırda 1.2325$-da ticarət olunan GBP/USD maliyyə aləti üçün 1.2380 səviyyələri vacib hesab edilir. Qiymət bu hədi qırarsa, 1.2430$-a kimi bahalaşa bilər. 

Əks halda, qiymətin yenidən 1.2280 və 1.2250 hədlərinə kimi ucuzlaşmasının şahidi ola bilərik.