Funt 1.2580$-a kimi ucuzlaşa bilər

27 İyun 2019

Böyük Britaniyada siyasi qeyri-müəyyənliklər və Avropa birliyindən sazişsiz ayrılma ehtimalları funta təzyiq edən əsas amillər arasındadır.

Funt 1.2580$-a kimi ucuzlaşa bilər

GBP/USD maliyyə cütlüyü ucuzlaşmaqdadır və 1.2580$-a kimi ucuzlaşa bilər. Bu gün saat 12:30-da yayımlanacaq İngiltərənin iqtisadi inkişafı ilə bağlı önəmli statistik göstəricilər də böyük maraqla gözlənilir.

 

Böyük Britaniyada baş nazir vəzifəsinə seçiləcək namizəd fonunda qeyri-müəyyənliklər və Avropa birliyindən sazişsiz ayrılma ehtimalları funta təzyiq edən əsas amillər arasındadır.