Funt 1.2430$-a kimi ucuzlaşa bilər

05 İyul 2019

Gün ərzində “NFP” ilə bağlı xəbərin müsbət açıqlanması GBP/USD maliyyə alətinin qiymətində ucuzlaşma ehtimallarını daha da gücləndirir.

Funt 1.2430$-a kimi ucuzlaşa bilər

Hazırda 1.2500 səviyyələrində ticarət olunan GBP/USD maliyyə aləti üçün 1.2485 hədləri vacib hesab edilir. Belə ki, qiymətin bu səviyyənin altında ticarət olunması maliyyə alətinin  qiyməti üçün ucuzlaşma istiqamətində yeni hədəf yarada bilər. Bu hədəflər də 1.2450 və 1.2430 hədləri hesab olunur. 


Əks halda, qiymətin yenidən 1.2590 səviyyələrinə kimi bahalaşmasının şahidi ola bilərik.