Funt/Dollar - eniş trendinə davam, ya tamam?

06 Fevral 2019

Dünya valyuta birjalarında treyderlər GBP/USD məzənnəsi üzrə senariləri müzakirə edirlər və ən çox ehtimal edilən senarilər aşağıdakılardır.

Funt/Dollar - eniş trendinə davam, ya tamam?

Funt/dollar cütlüyündə texniki mənzərəyə baxdığımız zaman yanvar ayının 25-indən etibarən qiymətin eniş trendinə daxil olduğu müşahidə olunur. 


Fibonaççi üzrə psixioloji dəstək və müqavimət səviyylərini nəzərə alaraq, 1.2900-1.3022 diopazonunda müvəqqəti xarakterli üfüqi dalğalanma yaranacağı istisna olunmur. 


Proqnozlaşdırılan hərəkət senarisi (qrafik: mavi xətt) üzrə qiymətin 1.2900 səviyyəsinə kimi enəcəyi daha sonra bu səviyyədən dəstək alaraq yüksəlib, 1.3022 səviyyəsinə yetişəcəyi gözlənilir. Bu səviyyə üzərində qiymətin möhkəmlənməsi üçün geri çəkilərək, trend xəttini test edib, 1.3022 səviyyəsi üzərində yüksəlməsi mümkündür. 1.3022 səviyyəsi üzərində möhkəmlənən qiymət, bu ilin maksimum səviyyəsi hesab edilən 1.3217 həddinin yenilənəcəyi ehtimallarını artıracaqdır. Bu senariyə əsaslanaraq biz, yaxın gələcəkdə funtun dollar üzərində yeni maksimumlar yaradacağını istisna etmirik.


Alternativ senariləri nəzər alarsaq, qiymətin 1.2900 səviyyəsini qırması və bu səviyyə altında qalması, eniş trendinin davamı kimi qiymətləndiriləcəkdir. Belə olan halda, GBP/USD üzrə qiymətin 1.2800 və 1.2705 səviyyələrinə kimi dəyər itirməsinə şahid ola bilərik. 


Image title


Hansı senarinin özünü təsdiqləyəcəyi 1.2900 əhəmiyyətli səviyyəsindəki müqavimətin qırılmasından asılıdır.