Funt dollar və avroya qarşı bahalaşır

26 Fevral 2019

Beynəlxalq valyuta birjalarında funtun dollar və avroya qarşı bahalaşması dinamikası gələcək trend üçün də proqnozları gücləndirib.

Funt dollar və avroya qarşı bahalaşır

Funt dollar və avroya qarşı 1%-dən çox bahalaşa bilər. 

Beynəlxalq valyuta birjalarında funtun məzənnələrində bahalaşma investorların diqqət mərkəzindədir. Avro və dolların qiymətlərində isə zəif dalğalanma müşahidə edilir.

Belə ki, bazar ertəsi GBP/USD məzənnəsi 1.3148$-a kimi 0.8%, GBP/EUR məzənnəsi isə 1.1581$-a kimi 0.7% bahalaşıb. Təhlillərə əsasən, funtun məzənnələri bazar ertəsinin minimum səviyyələri üzərində qaldıqca, əlavə olaraq 1%-dən də çox bahalaşa bilər.


Breksit: İngiltərə ilə AB-i razılaşa bilər. 

Qeyd etmək lazımdır ki, Breksit fonunda İngiltərə baş nazirinin həftə sonu inamlı çıxışı və AB ilə müsbət razılığın əldə olunacağına dair xəbərlərin açıqlanması, funta dəstək olan əsas fundamental amillərdir.