Funt sterlinqdə müşahidə edilən qeyri-müəyyənlik

22 Fevral 2019

Beynəlxalq valyuta birjalarında Breksit fonunda risklər və ABŞ-Çin münasibətlərində inkişaf, GBP/USD məzənnəsində üfüqi dalğalanmaya səbəb olur.

Funt sterlinqdə müşahidə edilən qeyri-müəyyənlik

GBP/USD  məzənnəsi 1.30$ ətrafında dalğalanmaqdadır.

 

Son iki gündə cütlük Breksitin yaratdığı risklər fonunda təzyiq altında olub. Digər tərəfdən isə ABŞ və Çin iqtisadi münasibətləri fonunda nikbinlik artıb.

 

Foreks bazarlarında Funtun qiyməti bu iki xəbər arasında gözləmələrlə ticarət olunur.

 

Dəstək hazırda 1.3000 (200 SMA), 1.2960 və 1.2910, müqavimət isə 1.3100, 1.3140 və 1.3215 səviyyələrindədir.