Funt sterlinqdə sürətli bahalaşma - 1.41$

19 Mart 2018

Dünya maliyyə bazarlarında "BREXIT" ilə bağlı yayılan xəbərlərdən sonra funtun dollara nisbətən qiyməti 1.3$-a kimi dəyər qazanıb.

Funt sterlinqdə sürətli bahalaşma - 1.41$

Bazar ertəsi beynəlxalq valyuta birjalarında funt sterlinqin aparıcı valyutalara nisbətən qiymətləri sürətlə bahalaşmağa başlayıb. 


"Blumberq" (ing.: "Bloomberg") xəbər agentliyinin verdiyi xəbərlərə əsasən, Avropa Birliyi (AB) ilə İngiltərə höküməti "BREKSİT" (ing.: "BREXIT") fonunda keçid dövrü üzrə razılaşıblar. Xəbər mənbəyə yaxın iki şəxs tərəfindən yayılıb. 


Xəbərlərdən sonra GBP/USD məzənnəsi 1.4087$-a kimi 1.3% bahalaşıb. 


Qeyd etmək lazımdır ki, danışıqlardan sonra çərşənbə günü AB komissarı Mişel Barnier ilə "BREXIT" naziri David Davisin mətbuat konfransı baş tutacaqdır.