Funta olan inam investorlar tərəfindən artır

16 Oktyabr 2019

Funtun qlobal eniş trendinin sonu, trendin artım istiqamətində gedə biləcəyi siqnalları və gözlənilən dəyişikliklər investorların diqqət mərkəzindədir.

Funta olan inam investorlar tərəfindən artır

Keçən həftə sonunda Britaniya və İrlandiya rəsmilərinin görüşü müsbət nəticələndiyi üçün funt 1,22-dən 1,24700 göstəricisinədək bahalaşması ilə müşahidə edildi. Daha sonra yeni bir təkanı isə funta Avropa Birliyinin Brussel toplantısından sonra Donald Tuskun verdiyi müsbət rəylər oldu. Donald Tusk qeyd etdi ki, müsbət istiqamətdə keçən rəsmilərin görüşləri Breksit sazişin həllini tapmaq üçün yaxşı haldır və sazişin razılıqının əldə edilməsi mümkündür kimi görünür. Bu halda da funt 1,24-dən 1,27-dək bahalaşaraq investorların inamını qazandı. 

Toplamda cari ayın əvvəlindən Breksit sazişi ilə gözləntilər demək olar ki, mənfi istiqamətdə idi. Daha dəqiq desək, investorlar Boris Consonun Avropa Birliyindən sazişsiz çıxışınıda Britaniya iqdisadiyyatı üçün böyük bir risk olaraq qəbul edirdilər. Buda funtu təziq altında saxlamaqda davam edirdi. Lakin, parlamentdə olan səsverməyə görə, Breksit ilə bağlı Londonun sazişsiz çıxışı ləğv edildi.

Hazırda Breksit sazişinin həllində istənilən halda vaxtının uzadılması gözlənilir.

Yekun həftələrdə əldə olunan "razılıq ümidləri" investorlar tərəfindən müsbət qiymətləndirilməkdə davam edir. Amma istənilən halda AB sammitində əldə edilən razılıqdan sonra parlament qarşısında səsvermə olacaqdır. Bu isə məsələnin 31 Oktyabradək həllinin tapılması üçün zaman baxımından mümkün deyil, ona görədə danışıqların növbəti 90 günə uzadılması gözlənilir. Razılıqın əldə olunması və parlament qarşısında səsverməyə göndərilməsi olarsa, bu funta olan tələbi daha da artıra bilər. Bu zaman funt 1,30-dək uzunmüddətli ticarətdə bahalaşmasını görə bilərik.

Hazırda investorların diqqət mərkəzi London və Avropa Birliyi ölkələri arasında cümə axşamı və cümə günü baş tutacaq zirvə toplantısına fokuslanıb.

Dünən axşam saatlarında verilən açıqlamalara görə danışıqlarda İngiltərə və AB arasında razılaşma var,amma hələ ki Şimali İrlandıyada bu razılaşmanın təsdiqi lazım olacaq.Bu açıqlama 1.2790 dollara kimi bahalaşmasına səbəb oldu.

Qeyd edim ki, qanuni şəkildə razılaşdırılmış bir mətnin bugün  səhərdən gec olmayaraq AB və İngiltərə nümayəndə heyətlərinə təqdim ediləcəyini söylənilib.