Funtda bahalaşma 1.32$-a kimi davam edə bilər

09 Aprel 2019

Beynəlxalq valyuta birjalarında funtun qiyməti funtun qiymətlərində müşahidə edilən bahalaşma investorların diqqət mərkəzindədir.

Funtda bahalaşma 1.32$-a kimi davam edə bilər

GBP/USD məzənnəsi foreks bazarlarında dolların ucuzlaşması fonunda bahalaşmaqdadır və 1.3121$-a kimi də bahalaşa biləcəyi proqnozlaşdırılır. 


Amerika iqtisadiyyatına dair önəmli fundamental məlumatların zəif açıqlanması, dolların aparıcı valyutalara nisbətən məzənnələrinin ucuzlaşmasına təsir edir. Bununla yanaşı, İngiltərə hökümətinin də Avropa birliyindən sazişsiz Breksitin qarşısını almaq üçün danışıqlar müddətinin uzadılmasını tələb etməsi xəbərləri də investorların diqqət mərkəzindədir. İngiltərə ilə AB gələcək gedişatlar haqqında sabah zirvə toplantısında razılıq əldə edərlərsə, bu, siyasi risklərin azalmasına da işarədir.


Enerji birjalarında neft qiymətlərinin bahalaşması da funtun qiymətinə müsbət təsir etməkdədir. Belə ki, Avropanın Brent nefti artıq 71$-ın üzərində ticarət edilməkdədir.  


Təhlillərə əsasən, funt 1.3034 dəstək səviyyəsi üzərində qaldıqca, 1.3121$-a kimi bahalaşa bilər. 


Uzun müddətli perspektivdə isə GBP/USD məzənnəsi sonuncu səviyyənin üzərində də möhkəmlənərsə, 1.3195$-a kimi bahalaşa bilər.