Funtda bahalaşma 1.3050$-a kimi davam edə bilər

19 Fevral 2019

Beynəlxalq maliyyə bazarlarında GBP/USD məzənnəsinin bahalaşaması 1.31$-a kimi davam edə bilər.

Funtda bahalaşma 1.3050$-a kimi davam edə bilər

Həftənin əvvəlində  GBP/USD maliyyə alətində kifayyət qədər hərəkətlilik baş verdi. Foreks bazarlarında hal-hazırda 1.29 həddlərində ticarət olunan funt gün ərzində dollar qarşısında müəyyən qədər dəyər qazanmışdır.

 

Cütlük üzrə qiymətin 1.2960 səviyyələrinin üzərində möhkəmlənməsi, qiymətin bahalaşma ehtimallarını artıra bilər.

 

GBP/USD maliyyə alətinin qiymətinin  1.3020 və 1.3050 səviyyələrinə kimi bahalaşa biləcəyi proqnozlaşdırılır.

 

Tereza Meyin Avropa Komissiyası sədri Yunkerlə keçirdiyi fərdi görüşlər zamanı səsləndirilən pozitiv açıqlamalar fonunda funt birjalarda müəyyən qədər dəyər qazanmışdır.