Funtda enişlər davam edə bilər

13 Fevral 2019

Beynəlxalq valyuta birjalarında GBP/USD məzənnəsində bahalaşma dinamikası müşahidə edilsə də ucuzlaşmasını ehtimal edən analitiklər də var.

Funtda enişlər davam edə bilər

Dünən dünya maliyyə bazarlarında 1.2920 hədlərinə qədər bahalaşmağına baxmayaraq, İngiltərə funtunda risklər qalmaqda davam edir. 


Bu gün Bakı vaxtı ilə saat 13:30-da Böyük Britaniyadan açıqlanması gözlənilən istehlak qiymətləri indeksinin, neqativ açıqlanması gözlənilir. Ehtimal edilir ki, istehlak qiymətləri indeksi 2.1%-dən 1.9%-ə qədər azalsın. 


Bu da funtun dəyər itirməsinə səbəb ola bilər.