Funtda ümidverici meyllər...

23 Avqust 2019

Merkel funtu bahalaşdırdı...

Funtda ümidverici meyllər...

Almaniya kansleri Merkelin İngiltərə baş naziri Consonla "Brexit" müzakirələri zamanı reni razılaşma ola biləcəyi barədə səsləndirdiyi fikirlər funtun kəskin bahalaşmasına səbəb oldu. Bu müsbət tendensiyanın davam edəcəyi istisna deyil. 

İnvestorların diqqət mərkəzində saxladığı daha mühüm proses dünən işinə başlayan, bir çox mərkəzi bank sədrlərinin iştirak etdiyi Jackson Hole Simpoziumu bu gün işinə davam edir. Bakı vaxtı ilə 18.00 da FED sədri Povelin çıxışı bazarın əhəmiyyətli hərəkətinə səbəb olacağı proqnozlaşdırılır. Beləki sədr Povel digər FED üzvlərinə hər-hansı açıqlamalar verməyi qadağan edib və beləliklə özünü diqqət mərkəzinə çevirib. Onun ABŞ iqtisadiyyatı barədə və növbəti pul siyasəti istiqamətində səsləndirəcəyi fikirlər yaxın dönəm üçün ciddi siqnallar ola bilər. 

Bakı vaxtı ilə saat 18.00 və 21.00-da ABŞ-dan yayımlanacaq yeni mənzil satışları və  neft qazma platformalarının sayı barədə məlumatlarda investorların diqqət mərkəzində olacaq.