Funtda yaranmış yeni imkanlar

12 İyun 2019

ABŞ-dan açıqlanan inflyasiya ilə bağlı göstəricinin proqnozlaşdırılan aşağı açıqlanması GBP/USD məzənnəsinin bahalaşmasına səbəb oldu.

Funtda yaranmış yeni imkanlar

Bu gün ABŞ-dan açıqlanan İstehlak qiymətləri indeksi (İllik) ilə bağlı göstəricinin proqnozlaşdırılan 1.9% -dən aşağı 1.8% açıqlanması GBP/USD maliyyə cütlüyünü 1.2745 səviyyələrinə kimi bahalaşmasına səbəb oldu.


Gün ərzində 1.2754 səviyyəsinə kimi bahalaşan GBP/USD maliyyə aləti üçün 1.2780 və 1.2815 səviyyələri  vacib həddlər hesab edilir ki, qiymətin bu səviyyələrin üzərində ticarət etməsi maliyyə alətinin 1.2930 səviyyələrinə kimi bahalaşmasına səbəb ola bilər.