Funtun qiymətlərində bahalaşma diqqət mərkəzində

18 Fevral 2019

Beynəlxalq valyuta birjalarında Böyük Britaniya iqtisadiyyatına dair fundamental göstəricilərin müsbət açıqlanmasından sonra GBP/USD məzənnəsi bahalaşıb.

Funtun qiymətlərində bahalaşma diqqət mərkəzində
  • GBP/USD cütlüyünün qiyməti keçən həftəni 1.2880 səviyyəsinin üzərində bağlayıb. Cümə günü Britaniya parlamenti Tereza Meyin Breksiti 3 ay uzatmasına qarşı çıxıb və bu da cütlüyün enişinə səbəb olmuşdu.


Pərakəndə satış dövriyyəsində keçən ay 0.9% azalma ilə dərc edilən göstəricinin, sonuncu dəfə  0.2% artımla açıqlanması proqnozlaşdırıldığı halda göstərici 1.0% artımla dərc edildi. Bu da öz növbəsində funtun cümə günü yenidən dəyər qazanmasına səbəb oldu.


Foreks bazarlarında hal-hazırda 1.29 həddinə yaxınlaşan GBP/USD maliyyə aləti üçün 1.2920 səviyyəsi əhəmiyyətli hesab olunur. Cütlüyün qiyməti qeyd olunan səviyyənin üstündə möhkəmlənəcəyi halda 1.2980 və 1.3050 səviyyələrinə kimi bahalaşa bilər.