FX: ABŞ-dan mənfi göstəricilər və dollar

20 Dekabr 2019

Amerikanən sənaye və tikinti sektoru ilə bağlı statistika göstəricilərin mənfi açıqlanması, dollara qarşı təzyiqlər artıb.

FX: ABŞ-dan mənfi göstəricilər və dollar

Beynəlxalq valyuta birjalarında Amerika iqtisadiyyatı ilə bağlı açıqlanan mənfi fundamental göstəricilər dolların aparıcı valyutalara nisbətən qiymətlərinin ucuzlaşmasına səbəb olub. 

Beləliklə, müvafiq olaraq 1.11 və 1.30$ üzərində ticarət edilən avro və funt sterlinqin qiymətləri üzrə bahalaşma proqnozları da artıb. 

Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 13:30-da İngiltərə və saat 17:30-da isə Amerikanın iqtisadi inkişafına dair açıqlanacaq önəmli fundamental məlumatlar da investorların diqqət mərkəzində olacaqdır.