FX bazarlarında Dollar yenidən bahalaşa bilər

07 Yanvar 2020

Bazar ertəsi açıqlanan müsbət fundamental göstəricilər ilə avro və funtun bahalaşmasına baxmayaraq, dollara tələb yenidən arta bilər.

FX bazarlarında Dollar yenidən bahalaşa bilər

Avrozona və Böyük Britaniya iqtisadiyyatlarına dair bazar ertəsi açıqlanan müsbət fundamental göstəricilər, avro və funtun bahalaşmasına səbəb olub. Nəticədə EUR/USD 1.1190, GBP/USD məzənnəsi isə 1.3170$-ın üzərində ticarət edilməkdədir. 

Lakin ümumilikdə Yaxın Şərqdə geosiyasi risklərin yüksək olaraq qalır və bu, dollara olan tələbin yenidən artacağına işarədir. 

Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 14:00-da Avrozonadan inflyasiya və saat 17:30-da Amerikadan ticarət saldosu ilə bağlı önəmli fundamental məlumatlar da açıqlanacaqdır. Saat 19:00-da Amerikanın xidmət sektorunda işgüzarlıq aktivliyini ölçən indeksin dərci də investorlar tərəfindən böyük maraqla gözlənilir.