FX: Dollar, Avro, Funt və Lirə

19 Fevral 2020

Beynəlxalq valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətləri bahalaşmaqda davam edir.

FX: Dollar, Avro, Funt və Lirə

Dolların bahalaşmasınını əsas səbəbi Amerika iqtisadiyyatına dair fundamental göstəricilərin müsbət açıqlanmasıdır. 

Digər yandan isə Avrozona və İngiltərə iqtisadiyyatlarına dair risklər avro və funtu təzyiq altında saxlamaqdadır. 

Avrozonada iqtisadiyyata etimad azaldığı bir şəraitdə, İngiltərənin əmək bazarında əmək haqlarında azalma müşahidə edilir. Bütün bunlar isə Avropa və İngiltərə mərkəzi banklarının siyasətlərində yumşaltmaya gedəcəkləri ehtimallarını artırır. 

Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 15:00-da açıqlanacaq Türkiyə Mərkəzi Bankının faiz qərarı öncəsi lirədə də ucuzlaşma davam etməkdədir.