FX: Dollar daha da bahalaşa bilər

03 Aprel 2020

Beynəlxalq maliyyə bazarlarında müsbət tendensiya müşahidə edilməsi, investorların diqqət mərkəzindədir.

FX: Dollar daha da bahalaşa bilər

Beynəlxalq valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətlərində bahalaşma davam etməkdədir. EUR/USD məzənnəsi 1.08$-a, GBP/USD məzənnəsi isə 1.24$-ın altında ticarət edilməkdədir. Təhlillərə əsasən, dollar indeksi cari səviyyələrin üzərində möhkəmlənərsə, 102 punkta kimi də bahalaşa bilər. 

Bununla yanaşı, son günlər Avrozona istisna olmaqla ABŞ və Çindən müsbət fundamental göstəricilər açıqlanmaqdadır. Bununla yanaşı, enerji birjalarında dayanıqlı neft qiymətlərinin təmin edilməsi istiqamətində ABŞ, Səudiyyə Ərəbistanı və Rusiya arasında görüşlərin keçirilməsi də investorların diqqət mərkəzindədir. 

Qeyd etmək lazımdır ki, xammal bazarlarında qiymətlərdə bahalaşma inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatlarına da müsbət təsir edir.