FX: Dollar son 2 ilin maksimumuna doğru

12 Noyabr 2019

Bu gün Amerika prezidentinin verəcəyi açıqlamalar və Çin ilə gələcək münasibətlərə dair getirəcəyi aydınlıq öncəsi, dollara tələb güclü olaraq qalır.

FX: Dollar son 2 ilin maksimumuna doğru

FX: Dollarda bahalaşma proqnozları gündəmdə. 

Beynəlxalq valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətlərində bahalaşma müşahidə edilir və bahalaşmanın son iki ilin maksimum səviyyələrinə kimi davam edəcəyi proqnozları gündəmdə qalmaqdadır. 


Qızıl qiymətlərində yeni minimumlar. 

Digər maraqlı hadisə isə əlvan metallar bazarlarında qızılın ucuzlaşaraq, yeni minimumlar yaratmasıdır. Beləliklə, 1466$-ın altında təklif edilən bir unsiya üzrə qiymət, 1448$-ı da aşağı istiqamətdə qırarsa, 1420$-a kimi dəyər itirə bilər. 

Bununla yanaşı, bu gün ABŞ prezidentinin Çin ilə bağlı gələcək iqtisadi münasibətlərə dair verəcəyi açıqlamalar da böyük maraqla gözlənilməkdədir.