FX: Dollar və Funt təzyiq altında

22 Aprel 2020

Bu gün enerji birjalarında neft qiymətlərindəki dalğalanma və Türkiyə Mərkəzi Bankı tərəfindən açıqlanacaq faiz qərarı diqqət mərkəzində olacaqdır.

FX: Dollar və Funt təzyiq altında

Beynəlxalq enerji birjalarında neft qiymətlərinin ucuzlaşması, dollar və funt sterlinqin qiymətlərinə mənfi təsir etməkdədir. Ucuz yanacaq qiymətlərindən faydalanan Avrozona ölkələrində, eyni zamanda çərşənbə axşamı açıqlanan müsbət fundamental göstəricilər fonunda da avronun dəstək gördüyünün şahidi oluruq. 

Dolların aparıcı valyutalara nisbətən orta qiymətinin təzyiq altında olması ilə yanaşı, 1.23$-a ticarət edilən GBP/USD məzənnəsi daha çox ucuzlaşıb. Beləliklə, cari həftənin və aprel ayının önəmli dəstək səviyyələrinin də qırılması ilə ucuzlaşma 1.20$-a kimi davam edə bilər. 

EUR/USD məzənnəsində isə növbəti istiqamət ilə bağlı proqnozlar son günlər formalaşmış önəmli dəstək və müqavimət səviyyələrinin qırılması ilə müəyyən olunacaqdır. Hazırda Avro/Dollar valyuta cütlüyünün qiyməti 1.08-1.09$ aralığında dalğalanmaqdadır. 

USD/JPY məzənnəsi isə Amerika sessiyasında bahalaşsa da Asiya sessiyasında yenidən müqavimətlə rastlaşıb. Buradaki təhlillərə əsasən, Amerika sessiyasının dəstək səviyyəsinin - 107.27 yenin qırılması ilə ucuzlaşma 106 yenə kimi sürətlənə bilər. 

USD/TRY məzənnəsi isə bahalaşmaqda davam edir. Bu gün Bakı vaxtı ilə saat 15:00-da TCMB tərəfindən açıqlanacaq Türkiyədə gələcək monetar siyasətə dair qərarda faizlərin azaldılması proqnozlaşdırılır. Bunun ölkədə inflyasiyanın daha da artmasına səbəb ola biləcəyi ehtimalları fonunda lirə ucuzlaşır. 

Bu gün dərc ediləcək önəmli fundamental məlumatlar arasında Amerikanın neft ehtiyatları da diqqət mərkəzində olacaqdır. Göstəricilər saat 18:30-da yayımlanacaqdır.