01.11.2019 FX: Dollar yeni minimumlara doğru

01.11.2019
Beynəlxalq Birjalarının cari vəziyyəti ilə bağlı xəbərdar olmaq üçün bizi izləyin

01.11.2019 - InvestAZ İnvestisiya Şirkətinin analitiki İlkin Alıyev dünya birjalarında cari vəziyyət haqqında danışır. 



FX: Dollar yeni minimumlara doğru ucuzlaşmaqdadır. 

Beynəlxalq valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətləri ucuzlaşmaqda davam edir. Təhlillərə əsasən, qiymətlər oktyabr ayının minimum səviyyəsini qırarsa, ucuzlaşma iyul ayının orta səviyyələrinə kimi dərinləşə bilər. Nəticədə EUR/USD 1.12$, GBP/USD məzənnəsi isə 1.30$-a kimi ticarət edilir. 


Qızıl qiymətləri oktyabrın maksimumunu qırmaq üzrə. 

FED-in faiz azaldılması ehtimallarının artması isə əlvan metallar bazarlarında da qızıla olan tələbi artırıb. Belə ki, qızılın bir unsiya üzrə qiyməti 1510$-ın üzərində təklif edilir və 1507$-ın üzərində qaldıqca, 1525$-a kimi bahalaşacağı proqnozlaşdırılır. 


ABŞ sessiyasında ticarət aktivliyi daha da arta bilər. 

Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 16:30-da açıqlanacaq Amerikanın əmək bazarı ilə bağlı önəmli fundamental məlumatlar da investorların diqqət mərkəzindədir.