FX: Dollar yenidən təzyiq altında

13 Noyabr 2019

ABŞ prezidenti FED-i yenidən tənqid etməsi, avro və qızılda "Buğa" mövqelərini gücləndirə bilər.

FX: Dollar yenidən təzyiq altında

ABŞ prezidenti FED-i yenidən tənqid etdi. 

Beynəlxalq valyuta birjalarında Amerika prezidentinin Çin ilə gələcək münasibətlərə dair fikirləri tam açıq olmasa da Amerika Mərkəzi Bankını (FED) yenidən tənqid etməsi, dollara olan təzyiqləri yenidən artıra bilər. 


EUR/USD məzənnəsi yenidən 1.12$-a kimi bahalaşa bilər. 

EUR/USD məzənnəsi də 1.10$-a kimi ucuzlaşdıqdan sonra bahalaşmağa başlayıb. Bahalaşma 1.1045$-ın qırılması ilə nəticələnərsə, 1.12$-a kimi sürətlənməsi ehtimalları da arta bilər. 


Qızıl qiymətlərində yeni minimumlar. 

Yuxarıdaki hadisə əlvan metallar bazarlarında da qızıla olan tələbi artırıb. Təhlillərə əsasən, qızılın bir unsiya üzrə qiyməti 1446$-ın üzərində qaldıqca, bahalaşma 1473$-a kimi güclənə bilər.