FX: Dollara olan təzyiq daha da artır

14 Noyabr 2019

FED sədrinin açıqlamalarından sonra dollara olan təzyiqlər daha da artıb, qızıl bahalaşmaqdadır.

FX: Dollara olan təzyiq daha da artır

FX: FED-in açıqlamaları və dollar. 

Beynəlxalq valyuta birjalarında Amerika Mərkəzi Bank (FED) sədrinin konqres qarşısında verdiyi açıqlamalarında iqtisadi risklərə toxunması, dollara olan təzyiqləri daha da artırıb. 


Avronun 1.12$-a kimi bahalaşması ehtimalları. 

Beləliklə, EUR/USD məzənnəsi də 1.10$-ın üzərində ticarət edilir və 1.1020$-ın qırılması isə 1.12$-a kimi bahalaşma ehtimallarını yenidən artıracaqdır. 


Qızıla olan tələb yenidən artır. 

Yuxarıdaki hadisə əlvan metallar bazarlarında da qızıla olan tələbi artırıb. Bahalaşaraq, 1464$-ın üzərində ticarət edilən bir unsiya üzrə qiymət, 1473$-ın qırılması ilə daha da sürətlənə bilər.