FX: Dollara tələb arta bilər?

06 Noyabr 2019

EUR/USD məzənnəsində 0.7% ucuzlaşma ilə yanaşı, GBP/USD məzənnəsində də ucuzlaşma ehtimalları gündəmdədir.

FX: Dollara tələb arta bilər?

EUR/USD məzənnəsində 0.7% ucuzlaşma. 

Beynəlxalq valyuta birjalarında dolların bahalaşması fonunda ən çox dəyər itirən məzənnə EUR/USD məzənnəsidir. Buna səbəb isə Avropa Mərkəzi Bankının sıfır faiz siyasəti və Almaniya iqtisadiyyatında böhran risklərinin olmasıdır. Beləliklə, EUR/USD məzənnəsi 1.11$-ın altında qaldıqca, 1.10$-a kimi də dəyər itirə bilər. 

Breksit və ABŞ-Çin ticarət münasibətləri fonunda müsbət xəbərlərin yayılması isə GBP/USD məzənnəsi ilə yanaşı enerji birjalarında neft qiymətlərinə müsbət təsir edir. 


GBP/USD məzənnəsində də ucuzlaşma riski var. 

Belə ki, GBP/USD məzənnəsi 1.2860$-da dəstək görməkdədir. Lakin dollarda bahalaşma daha da güclənərsə, sözügədən səviyyə qırılmaqla, burada da 1.28$-a kimi ucuzlaşmanın şahidi ola bilərik. 


Brent nefti 65$-a kimi dəyər qazana bilər. 

Brent markalı neftin bir barel qiyməti isə 63$-a təklif edilir və 65$-a kimi dəyər qazana bilər. 

Bu baxımından bu gün Bakı vaxtı ilə saat 19:30-da ABŞ-dan dərc ediləcək neft ehtiyatları ilə bağlı önəmli fundamental məlumatlar da treyderlərin diqqət mərkəzində olacaqdır.