FX: Dollara tələb yenidən artır

23 Oktyabr 2019

Breksit qeyri-müəyyənliyin artması, Avropada siyasi və iqtisadi risklərin yenidən artması ilə yanaşı, dollar və qızıla olan tələbi də artırıb.

FX: Dollara tələb yenidən artır

Beynəlxalq valyuta birjalarında Böyük Britaniya parlamentinin hökümətin Avropa Birliyi ilə razılaşdırdığı Breksit sazişin leyhinə səs verməsi ilə yanaşı, Breksitin oktyabrın 31-də baş tutmasının əleyhinə səs verməsi siyasi və iqtisadi risklərini yenidən artırmaqla, dollara olan tələbi də artırıb. 


EUR 1.10, GBP 1.27$-a kimi ucuzlaşa bilər. 

Nəticədə EUR/USD və GBP/USD məzənnələri yenidən ucuzlaşmağa başlayıb. Təhlillərə əsasən, avro 1.12$-ın altında qaldıqca, 1.10, funt sterlinq isə 1.30$-ın altında qaldıqca, 1.27$-a kimi ucuzlaşa bilər. 


Qızılda bahalaşma 1502$-a doğru. 

Breksit qeyri-müəyyənliyin artması, əlvan metallar bazarlarında qızılın da bahalaşmasına səbəb olub və 1502$-a kimi dəyər qazana biləcəyi proqnozlaşdırılır.