FX: Dollarda bahalaşma davam edir

08 Oktyabr 2019

Beynəlxalq valyuta birjalarında dollara olan tələb yüksək qalmaqda davam edir.

FX: Dollarda bahalaşma davam edir

Amerikada işsizlik səviyyəsinin son 49 ilin minimumuna düşməsi və məşğulluğun artım dimamikasında əvvəlki iki ayın göstəricilərinin artırılması, son günlər dolların aparıcı valyutalara nisbətən qiymətlərinin 0.4%-ə kimi bahalaşmasına səbəb olub. 


Avro 1.08$ və Lirə 5.84TL-yə kimi ucuzlaşa bilər. 

Beləliklə, EUR/USD məzənnəsi 1.10$-ın altında ticarət edilməkdə davam edir və 1.08$-a kimi də ucuzlaşa biləcəyi proqnozlaşdırılır. Lirə də ucuzlaşma 5.84TL-yə çatıb və tendensiyanın 5.91TL-yə kimi davam edə bilər. 


Qızılda ucuzlaşmanın 1460$-a kimi davam etməsi şərti: 1482$. 

Amerikanın istiqraz gəlirliliklərində artım, dollarda bahalaşma və ABŞ ilə Çin arasında yaxınlaşma, əlvan metallar bazarlarında qızılda ucuzlaşmaya səbəb olub. Təhlillərə əsasən, 1482$ da aşağı istiqamətdə qırılarsa, bir unsiya üzrə qiymət 1460$-a kimi dəyər itirə bilər. 


Çinin ABŞ ilə ticarət böhranı danışıqlarında həvəssiz mövqeyi. 

Bununla yanaşı, cümə axşamı başlayacaq danışıqlar fonunda Çinin baş nazir müavinin açıqlamaları investorlarda risk iştahının azalmasına səbəb olur. Çin Amerikaya verdiyi təkliflərdə sənaye sektoru islahatlarına və dövlət subvensiyalarına toxunulmadığını bildirib, baxmayaraq ki, ABŞ ən çox bu sahələrdə irəliləyiş tələb edir.