FX: Dollarda növbəti bahalaşma dalğası

02 Aprel 2020

Dolların aparıcı valyutalara nisbətən qiymətlərində müşahidə edilən bahalaşma, əlavə olaraq 2%-a kimi güclənə bilər.

FX: Dollarda növbəti bahalaşma dalğası

Beynəlxalq valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətləri cari həftənin dəstək səviyyələri üzərində ticarət edilməkdədir. Nəticə etibarilə, EUR/USD məzənnəsi 1.10$-ın altında dalğalanmaqdadır və GBP/USD məzənnəsi 1.25$-da güclü müqavimətlə rastlaşmaqdadır. 

Təhlillərə əsasən, dollar indeksində cari həftə ərzində müşahidə edilən bahalaşma, 100.50 və 101.80 punkta kimi davam edə bilər. EUR/USD məzənnəsinin təhlili isə buradaki son ucuzlaşma dalğasının 1.0830$ dəstək səviyyəsinin qırılması ilə nəticələnəcəyi təqdirdə, 1.07 səviyyələrinə kimi sürətlənə biləcəyini proqnozlaşdırmağa əsas verir. GBP/USD məzənnəsində də ucuzlaşmanın başlaya biləcəyi ehtimalları zəif deyildir. Bunun üçün 1.2239$ dəstək səviyyəsinin qırılmasını gözləmək lazımdır. 

Sözügedən tendensiya özünü USD/JPY məzənnəsində də göstərməkdədir və burada da qiymət 108 yenin üzərində möhkəmlənərsə, 109 yenə kimi də bahalaşa bilər. 

Əlvan metallar bazarlarında da qızılın bir unsiya üzrə qiymətinin 1600$-da müqavimətlə rastlaşdığının şahidi oluruq. Burada əsas dönüş nöqtələrindən biri cari həftənin önəmli dəstək səviyyəsinin - 1560$-ın qırılmasıdır.