FX: Dollarda ucuzlaşma və FED-in faiz qərarı

16 Oktyabr 2019

Dollarda ucuzlaşma, İngiltərə və Avrozonadan inflyasiya və ABŞ-dan pərakəndə satış və neft ehtiyatları göstəricilərinin açıqlanması diqqət mərkəzindədir.

FX: Dollarda ucuzlaşma və FED-in faiz qərarı

FX: Dollardan ucuzlaşma dərinləşə bilər. 

Beynəlxalq valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətlərində ucuzlaşma müşahidə edilir. 


İngiltərə və Avrozonadan inflyasiya açıqlanacaqdır. 

Belə ki, EUR/USD məzənnəsi oktyabr ayının, GBP/USD məzənnəsi isə son üç ayın maksimumunda ticarət edilməkdədir. Bakı vaxtı ilə saat 12:30 və 13:30-da müvafiq olaraq İngiltərə və Avropadan dərc ediləcək inflyasiya ilə bağlı önəmli fundamental məlumatlar da ticarət aktivliyinin artmasına təsir edəcəkdir. 


FED-in faiz azaldılması ehtimalları, qızıl və neftin bahalaşması. 

Buna səbəb isə Amerika Mərkəzi Bankının faiz azaldılmasına gedə biləcəyi ehtimallarıdır. Nəticədə əmtəə birjalarında qızılın qiyməti də yenidən 1502$, Avropanın Brent markalı neftin bir barel qiyməti 62$-a kimi dəyər qazana bilər. 


ABŞ-dan pərakəndə satış və neft ehtiyatları göstəriciləri açıqlanacaqdır. 

Bu baxımından saat 16:30-da dərc ediləcək Amerikanın pərakəndə satış və saat 18:30-da neft ehtiyatları ilə bağlı önəmli fundamental məlumatlar da investorların diqqət mərkəzindədir.