FX: Trampın dolların ucuzlaşmasına təsiri

03 Dekabr 2019

Trampın FED ilə bağlı açıqlamalarından sonra dollarda ucuzlaşma dalğası başlayıb və daha da dərinləşə biləcəyi proqnozları yüksəkdir.

FX: Trampın dolların ucuzlaşmasına təsiri

Beynəlxalq valyuta birjalarında Amerika prezidentinin mərkəzi bankdan yenidən faiz azaldılması tələb etməsi, dolların aparıcı valyutalara nisbətən qiymətlərinin ucuzlaşmasına səbəb olub. 

Təhlillərə əsasən isə ucuzlaşma son üç həftənin minimumunun qırılması ilə nəticələnərsə, son üç ayın minimumuna kimi də davam edə bilər. 

Beləliklə, EUR/USD məzənnəsi də artıq 1.11$-a ticarət edilir. Lakin GBP/USD məzənnəsi təzyiq altındadır. Buna səbəb isə gələn həftə İngiltərədə keçiriləcək növbədən kənar parlament seçkisi fonunda hökümət mövqeyinin sorğularda zəifləməsidir.


Türkiyədən inflyasiya göstəriciləri və USD/TRY. 

Bu gün Bakı vaxtı ilə saat 11:00-da Türkiyədən dərc ediləcək inflyasiya ilə bağlı önəmli göstəricilər öncəsi USD/TRY məzənnəsi də həftənin minimumlarında ticarət edilməkdədir və burada da 5.71TL-yə kimi ucuzlaşma proqnozlaşdırılır.