G-20 sammiti sonrası lirə

02 İyul 2019

Dünənki yüksəlişin ardından bu gün bir qədər geriləmə göstərən TL-də sabah açıqlanacaq inflyasiya göstəriciləri öncəsi artımlar davam edə bilər.

G-20 sammiti sonrası lirə

G-20 zirvəsində ABŞ və Çinin danışıqları bərpa etməsi və Çinin ABŞ-dan kənd təsərrüfatı məhsullarının idxal edəcəyi qərarı, eləcə də ABŞ-ın “Huawei” şirkətinin məhsullarının satışına icazə verməsi dünya bazarlarında ticarət müharibələrində uzlaşmanın əldə ediləcəyi ehtimallarını artırdı. Bu artımla əlaqədar səhmlər sürətlə bahalaşdı.


Tramp və Ərdoğan görüşündən sonra Türkiyə prezidentinin ABŞ-dan sanksiyalar gözləmədiklərini ifadə etməsinin təsiri ilə lirə dünya birjalarında sürətli bahalaşma sərgilədi.


Həftəni müsbət qiymətlərlə başlayan qlobal bazarlar bu gün daha çox balanslaşdırılmış qiymətlərə sahibdirlər. ABŞ dolları indeksi 96,75 ətrafında ticarət edilir.


Dünən 5.62 səviyyəsinə düşən USDTRY cütlüyündə 8 apreldən bu yana ən aşağı qiymət qeydə alındı. Bu gün isə 1% balaşma yaşayan cütlük 5.6930-a yüksəldi. EURTRY isə 6.43 hədlərini test etdi.


Dünənki yüksəlişin ardından bu gün bir qədər geriləmə göstərən TL-də sabah açıqlanacaq inflyasiya göstəriciləri öncəsi artımlar davam edə bilər. Ancaq inflyasiya mayda 16%-in altında açıqlanarsa, lirə üzərindəki təzyiqlərin azalmasına səbəb ola bilər.