G20: Ticarət böhranında irəliləyiş, Merkelin səhhəti

27 İyun 2019

Beynəlxalq maliyyə bazarlarında ABŞ və Çin prezidentlərinin baş tutacaq görüşləri öncəsi yayılan müsbət xəbərlər investorların diqqət mərkəzində.

G20: Ticarət böhranında irəliləyiş, Merkelin səhhəti

Yaponiyada cümə və şənbə günü baş tutacaq G20 ölkələrinin zərvə toplantısına bir gün qalmış ABŞ ilə Çin arasında ticarət böhranında son aylar ərzində ilk dəfə olaraq yenidən yaxınlaşma olub. 


Verilən xəbərə görə, hər iki tərəf "müvəqqəti atəşkəs" və dondurulmuş danışıqların bərpası üçün razılaşıblar. 


ABŞ prezidenti Donald Tramp və Çinin dövlət və partiya sədri Si Tsipinq şənbə günü Yaponiyanın Osaka şəhərində görüşəcəklər və müzakirələr həll yolunu tapmağı əhatə edəcəkdir. 


Bununla yanaşı, son iki gündür Almaniyanın baş naziri Anqela Merkelin səhhəti ilə bağlı narahatlıqlar gündəmi alıb. Məlumatlara əsasən, səkkiz gün bundan öncə olduğu kimi Brelində çıxışı zamanı baş nazirin bütün bədəni titrəmə başlayıb. Lakin Osakaya səfərinin baş tutması və Tramp ilə Rusiya prezidenti Vladimir Putin ilə görüşlərin olacağı gözlənilir.