G20: Tramp Merkeli "böyük dost" kimi qarşılayıb

28 İyun 2019

ABŞ prezidenti Almaniya ilə arasında siyasi və ticarət münasibətlərin yaxşılaşmasına işarə ola biləcək açıqlamalar verib.

G20: Tramp Merkeli "böyük dost" kimi qarşılayıb

Almaniyanın baş naziri Anqela Merkel cümə günü G20 zirvə toplantısında ABŞ prezidenti Donald Tramp ilə bilateral görüş keçirib. Tramp Merkellə dostcasına görüşüb və "fantastik insan" və "böyük dost" adlandırıb, münasibətlər isə "möhtəşəmdir". 


Görüş zamanı iki ölkə arasında təkcə ticarət münasibətləri deyil, eyni zamanda Almaniyanın ABŞ-da investisiyaları, beynəlxalq vəziyyət, xüsusilə qərbi Afrikada terorizmə qarşı mübarizə və İran müzakirələrini əhatə edəcəkdir. 


Qeyd etmək lazımdır ki, Trampın hakimiyyətə gəlməsindən sonra iki ölkə arasında münasibətlər pisləşmişdi. ABŞ Almaniya ilə xarici ticarətdə mənfi saldoda olmasını və Rusiya ilə "Nord Stream 2" boru kəməri layihəsini tənqid edir.