GBP/AUD: 0.5%-lik bahalaşma proqnozları

11 Mart 2019

Beynəlxalq valyuta birjalarında GBP/AUD məzənnəsinin 1.84A$-a kimi bahalaşması, 1.86A$-a kimi bahalaşma proqnozlarını da gücləndirib.

GBP/AUD: 0.5%-lik bahalaşma proqnozları

Beynəlxalq valyuta birjalarında Funt/Avstraliya dolları valyuta cütlüyünün qiyməti Avropa sessiyasında 1.8390A$-da dəstək görərək bahalaşmağa başlayıb. Foreks bazarlarında hal-hazırda 1.8510A$-a ticarət edilən məzənnənin əlavə olaraq, 0.5%-ə kimi də bahalaşa biləcəyi proqnozlaşdırılır. 


Təhlillərə əsasən, GBP/AUD məzənnəsi 1.3585A$-ın üzərində möhkəmlənərsə, 1.8627A$-a kimi də bahalaşa bilər. 


Cütlük üzrə qiymət sonuncu səviyyənin üzərində möhkəmlənərsə, daha uzun müddətli perspektivdə bahalaşma 1.8776A$-a kimi də davam edə bilər. 


Qeyd etmək lazımdır ki, Avropa sessiyasında avronun qiymətlərində müşahidə edilən ucuzlaşma, foreks bazarlarında funta olan tələbin də artmasına səbəb olub.