GBP/AUD: İkinci bahalaşma dalğası proqnozları

03 Aprel 2019

Dünya valyuta birjalarında funtun Avstraliya dollarına nisbətən məzənnəsində başlayan bahalaşmanın ikinci dalğası 1.88A$-a kimi davam edə bilər.

GBP/AUD: İkinci bahalaşma dalğası proqnozları

GBP/AUD məzənnəsi 1.86A$-a kimi bahalaşdıqdan sonra ucuzlaşmağa başlayıb. Lakin maliyyə bazarlarında funtun 1.83A$-nın üzərində qaldıqca, ucuzlaşma korrektiv qiymətləndirilir və bahalaşma dalğasının yenidən güclənə biləcəyi proqnozlaşdırılır. 


Məzənnədə ucuzlaşmaya səbəb Avstraliyanın xarici ticarət və pərakəndə satış dövriyyəsi ilə bağlı fundamental göstəricilərin müsbət açıqlanmasıdır. Xarici ticarət balansında müsbət saldo 4.8 milyard Avstraliya dollarına çatıb, pərakəndə satış dövriyyəsi isə proqnozlaşdırılandan (0.3%) daha çox 0.8% artıb.  


Təhlillərə əsasən, Funt/Avstraliya dolları valyuta cütlüyünün qiyməti 1.8640A$-ı yuxarı istiqamətdə qırarsa, 1.8732 və 1.8784A$-a kimi bahalaşa biləcəyi proqnozlaşdırılır.