GBP/AUD məzənnəsində alış imkanları

07 Mart 2019

Foreks bazarlarında funtun Avstraliya dollarına nisbətən məzənnəsində müşahidə edilən artım dalğası yeni imkanlar yaratmaqdadır.

GBP/AUD məzənnəsində alış imkanları

GBP/AUD məzənnəsində müşahidə edilən bahalaşma "Buğaların" diqqət mərkəzində. 


Funt/Avstraliya dolları valyuta cütlüyünün qiyməti Asiya sessiyasında 1.8774A$-a kimi bahalaşdıqdan sonra 1.8685A$-a kimi korreksiya etdikdən sonra yenidən bahalaşmağa başlayıb. 


Təhlillərə əsasən, GBP/AUD valyuta cütlüyünün qiyməti cari həftənin dəstək səviyyəsi (1.8522A$) üzərində qaldıqca, bahalaşmanın davam edə biləcəyi proqnozlaşdırılır. 


Alış əməliyyatları fonunda treyderlər 1.8776A$-ın qırılmasını gözləyirlər və bu baş verərsə, məzənnə 1.9733A$-a kimi bahalaşa bilər.