Funtun eniş dalğası sürətləndi

05 Oktyabr 2017

Tereza Meyin çərşənbə günü "çətin çıxışı" funtun qiymətinə təzyiqləri artırıb.

Funtun eniş dalğası sürətləndi

Beynəlxalq valyuta birjalarında Avro/Funt valyuta cütlüyünün qiyməti bahalaşmağa başlayıb. Son günlər avro, funt və digər aparıcı valyutaların dollara nisbətən qiymətlərində müşahidə edilən eniş dalğası fonunda korreksiyaların şahidi olurduq. Lakin aparıcı valyutaların qiymətlərində korreksiya davam etsə də, funtun qiymətində eniş dalğası bu gün yenidən sürətlənib. 

Qeyd etmək lazımdır ki, Amerika Mərkəzi Bankının (FED) istiqraz portfeli ilə bağlı açıqladığı qərarı və dünya birjalarında FED-in faiz dərəcələrini artıra biləcəyi gözləntilərinin yüksəlməsi, son günlər dolların bahalaşması fonunda digər aparıcı valyutaların qiymətləri ucuzlaşmağa başlayıb. İngiltərənin baş naziri Tereza Meyin çərşənbə günü partiyada çıxışı da funtun gələcək qiyməti fonunda güvəni azaldır. Tereza Mey dünən çıxışı zamanı hökümətinin "BREKSİT" planının alınmamasına da hazırlaşdıqlarını bildirib. 

Aylıq müqayisədə də EUR/USD məzənnəsi sentyabr ayında yalnız ucuzlaşıb, amma GBP/USD məzənnəsi hələ də müsbətdədir. Bu isə funtun daha da ucuzlaşa biləcəyini proqnozlaşdırmağa əsas verir.

Texniki təhlillərə əsasən, bu gün Avropa sessiyasında sürətli artım trendinə başlayan EUR/GBP məzənnəsi, 0.8895 səviyyəsinin üzərində möhkəmlənməyə davam edərsə, 0.8959 və 0.9026 səviyyələrinə kimi bahalaşa bilər. Bu ssenariyə uyğun olaraq isə risk səviyyəsi 180 punkta kimidir, yəni "stoplosslar" 0.8746 səviyyəsində yerləşdirilə bilər. Digər bir nikbin ssenari isə odur ki, qiymət 0.8930 funta kimi bahalaşdıqdan sonra 0.8860, 0.8838 və 0.8816 funta kimi korreksiya etdikdən sonra artım dalğasına davam edə bilər.