GBP/USD: Artım proqnozları haqqında

03 Oktyabr 2019

Beynəlxalq maliyyə bazarlarında son günlər funtun qiymətində volatilliyin artması, xüsusilə 1.22$-a kimi bahalaşması investorların diqqət mərkəzindədir.

GBP/USD: Artım proqnozları haqqında

Beynəlxalq valyuta birjalarında oktyabr ayının ortalarından etibarən GBP/USD valyutasında ticarət aktivliyinin artması müşahidə edilir. Bunun bir səbəbi Breksit olsa da, digər səbəbi investorların gələcəyə dair gözləntilərində qeyri-müəyyənliyin artmasıdır.

Okytabr ayının 1-də İngiltərə baş naziri Boris Cohnson razılıq olmadan Breksitə hazır olduğunu bildirdi. Mançesterdəki Mühafizəkarlar partiyasının üzvlərinə etdiyi müraciətdə Cohnson Breksitin müqaviləli və ya müqaviləsiz baş verəcəyi və Avropa Birliyinə etdiyi təkliflərlə bağlı danışığı, böyük diqqətə səbəb oldu. AB isə Consonun bu təklifinə az həvəsli görünür. Lakin baş nazir hələ detalları açıqlamayıb. 

Beləliklə, uzun müddətli mövqe tutan treyderlər, bu iki mərhələdə daha çox ehtiyatlı olmalıdırlar və qiymətlərin önəmli səviyyələrin üzərində möhkəmlənməsini gözləməlidirlər. 

Təhlillər onu göstərir ki, qiymətlər 1.22017-in üzərində qalarsa, yenidən yuxarı istiqamətdə hərəkət edə bilər. H1 zaman intervalında yaranan situasiya qiymətlərin bir daha 1.23450 həddini test edəcəyini siqnal verir. Qiymətlər bu həddi qırarsa, növbəti qırıla biləcək hədəf 1.23801-dir.

Uzun müddətli perspektivdə rtım trendi quranacağı təqdirdə, qiymət 1.25040 səviyyəsini də keçə bilər. 

1.21630 hədəfinin qırılması isə eniş istiqamətinin davamına siqnal verir.