GBP/USD: Bahalaşma 1.32$-a kimi sürətlənə bilər

11 Mart 2019

Beynəlxalq valyuta birjalarında GBP/USD məzənnəsinin 1.30$-dan 1.31$-a kimi bahalaşması, 1.32$-a kimi bahalaşma proqnozlarını da gücləndirib.

GBP/USD: Bahalaşma 1.32$-a kimi sürətlənə bilər

Beynəlxalq valyuta birjalarında Funt/Dollar valyuta cütlüyünün qiyməti Asiya sessiyasında 1.2960$-da dəstək görərək bahalaşmağa başlayıb. Foreks bazarlarında hal-hazırda 1.3080$-a ticarət edilən məzənnənin əlavə olaraq, 1%-ə kimi də bahalaşa biləcəyi proqnozlaşdırılır. 


Təhlillərə əsasən, GBP/USD məzənnəsi 1.3109$-ı yuxarı istiqamətdə qıraraq, üzərində möhkəmlənərsə, 1.3201$-a kimi də bahalaşa bilər. 


Qeyd etmək lazımdır ki, Avropa sessiyasında avronun qiymətlərində müşahidə edilən ucuzlaşma, funta olan tələbin də artmasına səbəb olub.