GBP/USD: Bahalaşma başladı və hədəf 1.2937$ ola bilər

12 Fevral 2019

Enerji birjalarında neft qiymətlərinin bahalaşması, funt sterlinqin də bahalaşmasına səbəb olub və GBP/USD məzənnəsi 1.29$-a kimi bahalaşa bilər.

GBP/USD: Bahalaşma başladı və hədəf 1.2937$ ola bilər

GBP/USD məzənnəsi bahalaşaraq günün müqavimət səviyyəsini qırıb. Gün ərzində funtun qiyməti siyasi və iqtisadi risklərin və dolların bahalaşması fonunda 1.2832$-a kimi ucuzlaşdıqdan sonra yenidən bahalaşmağa başlayıb. 


GBP/USD məzənnəsində 1.2887$-a kimi bahalaşma enerji bazarlarında neft qiymətlərinin bahalaşması ilə əlaqələndirilir. "OPEC"-in aylıq hesabatında neft hasilatının azalmasına dair göstəricilər Avropanın Brent markalı neftinin bir barel qiymətinin 63$-a kimi dəyər qazanmasına səbəb olub.


Təhlillərə əsasən, GBP/USD məzənnəsi 1.2832$-ın üzərində qaldıqca, 1.2937$-a kimi də bahalaşa bilər. Bu istiqamətdə 1.2895$-ın qırılması önəmli rol oynayacaqdır.