GBP/USD-də eniş ehtimalları yenidən güclənir

26 Sentyabr 2019

funt sterlinqi təzyiq altında qalmaqdadır və GBP/USD məzənnəsinin eniş trendinin davam edəcəyi proqnozlaşdırılır.

GBP/USD-də eniş ehtimalları yenidən güclənir

İngiltərənin Ali məhkəməsinin qərarından sonra İngiltərə parlamenti dünən öz fəaliyyətini bərpa etdi, lakin İngiltərənin baş naziri Boris Consonun İngiltərə parlementi arasında Breksit fikir ayrılıqları, xüsüsən də, Boris Consonun sərt Breksitə gedə biləcək ehtimalları, parlamentin isə sərt breksit ola biləcəyi təqdirdə, müddətin uzadılması ilə bağlı proqnozları və əlavə olaraq Avropa Birliyi ilə danışıqlarda razılığın əldə olunmaması, ötən həftədən fərqli olaraq bu kimi siyasi gərginliklər, funt sterlinqi təzyiq altında saxlamaqda davam edir və GBP/USD məzənnəsinin eniş trendinin davam edəcəyi proqnozlaşdırılır. 

Qrafiki analiz etdikdə,məzənnənin qiyməti 1.2280 həddini aşağı istiqamətdə qırarsa, qiymətin 1.2110 həddinədək ucuzlaşacağı proqnoz olunur.