GBP/USD enişlər bir qədər səngiyə bilər

14 İyun 2019

Foreks bazarlarında hal-hazırda GBP/USD cütlüyü 1.2680 qiymətlərindən ticarət olunmaqdadır.

GBP/USD enişlər  bir qədər səngiyə bilər

Bu gün Bakı vaxtı ilə 16.55-də Böyük Britaniya Mərkəzi Bankının sədri Mark Karninin çıxışının baş tutması gözlənilir. Bu çıxış birbaşa funtsterliq əsaslı cütlüklərdə hərəkətlənməyə səbəb ola bilər. Qiymətlər 1.2706 səviyyəsinin üzərində möhkəmlənə bilərsə o zaman növbəti hədəf 1.2731 səviyyələri ola bilər.


Aşağı istiqamətli hərəkətin davamı kimi qiymətlər 1.2670 səviyyəsinin altında qalarsa sərt enişlərin şahidi ola bilərik. Növbəti eniş hədəfi 1.2654 olaraq dəyərləndirilir.