GBP/USD: Enişlər yerini artımlara verə bilər

01 İyul 2019

GBP/USD cütlüyü 1.2670$-da ticarət olunmaqdadır və 1.2730$-ın üstündə möhkəmlənməsi növbəti artım dalğasının başlamasından xəbər vermiş olar.

GBP/USD: Enişlər yerini artımlara verə bilər

Ötən ticarət günü bu cütlüyün qiymətində artım müşahidə olunsa da, günün sonlarına yaxın funt-sterlinq nisbətən dəyər itirməyə başladı və 1.2695 qiymətlərində bağlandı. Yuxarı hərəkət fonunda qiymətlərin 1.2730 səviyyələrinin üstündə möhkəmlənməsi növbəti artım dalğasının başlamasından xəbər vermiş olar.


Əgər aşağı hərəkət davam etsə və qiymətlər 1.2642 səviyyəsinin altında qala bilsə, o zaman növbəti hədəf 1.2612 ola bilər.